Tehran Belarus Prezidenti Aleksandr Lukaşenkonun 2026-cı ildə İrana səfər etməsini gözləyir.
Ucnoqta.az xəbər verir ki, bu barədə İran xarici işlər nazirinin müavini Səid Xətibzadə jurnalist Qriqori Azarenokla müsahibəsində bildirib.
Diplomat bildirib ki, gələn il Belarus Respublikası Prezidentinin İrana yüksək səviyyəli səfərini gözləyirik.
Xətibzadə bildirib ki, Belarus və İranın nəqliyyat dəhlizlərindən istifadə üçün müxtəlif layihələri var. Tehran ümid edir ki, bu və digər birgə layihələr yaxın gələcəkdə öz bəhrəsini verəcək.
