Əfqanıstan və Pakistan 6 noyabrda İstanbulda görüşəcəklər

00:08 - 31 Oktyabr 2025 - DÜNYA

Əfqanıstan və Pakistan sərhəd danışıqlarını davam etdirmək və 6 noyabrda İstanbulda yeni görüş keçirmək barədə razılığa gəliblər.

Ucnoqta.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin Türkiyə və Qətərin vasitəçiliyi ilə aparılan danışıqlardan sonra yaydığı birgə bəyanatda bildirilib.

"Əfqanıstan, Pakistan, Türkiyə və Qətər 25-30 oktyabr tarixlərində Türkiyə və Qətərin vasitəçiliyi ilə Əfqanıstan və Pakistan arasında 18-19 oktyabr 2025-ci il tarixlərində Dohada razılaşdırılmış atəşkəsi gücləndirmək üçün İstanbulda görüş keçiriblər.

Bütün tərəflər atəşkəsi davam etdirmək barədə razılığa gəliblər. Əlavə icra üsulları 6 noyabrda İstanbulda keçiriləcək görüşdə müzakirə olunacaq və müəyyən ediləcək", - deyə bəyanatda bildirilir.

Onlarda qeyd olunur ki, bütün tərəflər sülhün qorunmasını və pozanlara qarşı sanksiyaların tətbiq olunmasını təmin etmək üçün monitorinq və yoxlama mexanizmi yaratmaq barədə razılığa gəliblər.

Xəbər xətti