ABŞ-nin zaman-zaman nüvə silahlarını sınaqdan keçirməsi lazımdır
Ucnoqta.az xəbər verir ki, ABŞ-nin vitse-prezidenti J.D. Vens cümə axşamı Ağ Evdə jurnalistlərə bildirib.
"Bizim böyük bir arsenalımız var. Aydındır ki, ruslar böyük bir nüvə arsenalına sahibdirlər. Çinlilərin də var. Bəzən onun işlədiyinə və düzgün işlədiyinə əmin olmaq üçün onu sınaqdan keçirmək lazımdır", - deyə o bildirib.
Lakin ABŞ-nin vitse-prezidenti ABŞ-ın sınaqlar zamanı nüvə partlayışlarını bərpa etməyi planlaşdırıb-planlaşdırmadığını dəqiqləşdirməyib.