“Bir dəfə mənə cin girmişdi, ...”

17:44 - 31 Oktyabr 2025 - Cəmiyyət

Fədayə Laçın sosial şəbəkədə foto paylaşıb.

Fotonun üzərinə bu sözlər yazılıb:

“İnanıram ki, bir gün normal insanlar kimi gecə yarısından öncə yatacam. Hər gün sabah (səhərə yaxın - red.) yatıram. Dünən də bu gün yatdım”.

Müğənni paylaşımına əlavə edib:

“Günaydın! Allah kəssin belə yaşayışı. Yenə bu söhbət yadıma düşdü, dedim, səhər-səhər gülüş bəxş edim sizə: Bir dəfə mənə cin girmişdi, heç nə eləmədim. 2-3 saatdan sonra özü çıxıb getdi. Dedi, bu yaşayış deyil”.

Xatırladaq ki, hazırda Fədayə Laçın Moskvada yaşayır və fəaliyyətini orada davam etdirir. Müğənni Rusiyada yaşayan azərbaycanlıların toy mərasimlərində çıxış edir.///Yenisabah.az

Xəbər xətti