Almaniyanın müdafiə naziri Boris Pistorius Almaniyanın Ukraynaya üç Patriot hava hücumundan müdafiə sistemi təhvil verdiyini və Norveç tərəfdaşlarının dəstəyi ilə bu ilin sonuna qədər daha iki müasir "Patriot" sistemi təqdim edəcəyini açıqlayıb.
Ucnoqta.az xəbər verir ki, o, bu barədə Varşavada təhlükəsizlik forumunda çıxış edərkən deyib.
"Almaniya üç "Patriot" sistemi tədarük edib. Bu ilin sonuna kimi biz Norveçli tərəfdaşlarımızın dəstəyi ilə daha iki müasir "Patriot" hava hücumundan müdafiə sistemi təqdim edəcəyik", - Almaniyanın müdafiə naziri bildirib.
Nazirin sözlərinə görə, onların əhəmiyyətli bir hissəsi Ştrausberqdəki Çoxmillətli Xüsusi Təlim Komandanlığında və Zaqandakı Polşa Birləşmiş Silahlar Təlim Komandanlığında təlim keçib.
Almaniyanın müdafiə naziri təsdiqləyib ki, “Avropa və Ukraynanın müdafiə sənayesi daha sıx və səmərəli işləməlidir”.