Çinli mühəndislər Yerdən 300 dəfə böyük cazibə qüvvəsi yarada bilən dünyanın ən güclü sentrifuqasını istifadəyə veriblər.
Ucnoqta.az xəbər verir ki, Sinxua Xəbər Agentliyinin məlumatına görə, obyekt Çinin şərqindəki Zhejiang əyalətinin paytaxtı Xançjou şəhərində yerləşir.
Zhejiang Universiteti tərəfindən hazırlanmış CHIEF1300 sentrifuqa 20 tona qədər yükləri qaldıra bilir.
Baş mühəndis Lin Daoshengin sözlərinə görə, CHIEF1300 yerin altında yerləşir və hava müqavimətinin və istilik əmələ gəlməsinin mənfi təsirlərini azaltmaq üçün vakuum soyutma sistemi ilə təchiz olunub.
Obyekt resursların çıxarılması, fəlakətlərin qarşısının alınması və nəticələrinin azaldılması, yeraltı tullantıların utilizasiyası və yeni materialların sintezi sahəsində tədqiqatlar üçün nəzərdə tutulub.
Obyektinsınaqları artıq bir sıra nəticələr verib.
Xüsusilə, tədqiqatçılar su elektrik bəndinin bünövrəsinin seysmik dayanıqlığını yoxlamaq üçün güclü zəlzələləri simulyasiya etmiş və 4 metrlik dalğanın və 20 metrlik sunaminin dəniz dibinə təsirini kəmiyyətcə qiymətləndiriblər.