Fransa Paris Olimpiadasına 6,6 milyard avro xərcləyib

14:11 - 29 Sentyabr 2025 - DÜNYA

Fransa 2024-cü ildə Parisdə keçiriləcək Olimpiya və Paralimpiya Oyunlarına ev sahibliyi etmək üçün 6,6 milyard avro xərcləyib.

Ucnoqta.az xəbər verir ki, bu məlumat Fransa Auditorlar Məhkəməsinin saytında dərc edilmiş hesabatda yer alıb.

Xərclərə təşkilat üçün 3,02 milyard avro (təhlükəsizlik üçün 1,44 milyard avro daxil olmaqla) və infrastruktur üçün 3,63 milyard avro daxildir.

Tədbirdən əldə olunan gəlirə gəlincə, sənəddə qeyd edilən “ilkin hesablamalara görə” bu, 293 milyon avro təşkil edib. Məhkəmə bu nəticəni qənaətbəxş hesab edib.

Parisdə Olimpiya Oyunları 2024-cü il iyulun 26-dan avqustun 11-dək, Paralimpiya Oyunları isə avqustun 28-dən sentyabrın 8-dək keçiriləcək.

Xəbər xətti