İndoneziyanın Flores adasında Levotobi vulkanının püskürməsi qeydə alınıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə İndoneziyanın Vulkanologiya və Geoloji Fəlakətlərin Azaldılması Mərkəzi məlumat yayıb.
Mərkəzin məlumatına görə, kül Levotobi Laki-Laki kraterindən 1500 metr və ya dəniz səviyyəsindən 3084 metr yüksəkliyə qalxıb.
Kül və tüstü qərb və cənub-qərb istiqamətində intensiv şəkildə yayılır. Mərkəz sakinləri və turistləri yerli hökumətin göstərişlərinə əməl etməyə, vulkan tüstüsü və küldən qorunmaq üçün maska və respiratorlardan istifadə etməyə çağırıb.