NATO-nun hava məkanı pozulacağı təqdirdə sərt cavab veriləcək

15:40 - 23 Sentyabr 2025 - DÜNYA

Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO) hava məkanı pozulacağı təqdirdə qətiyyətli cavab vəd edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Şimali Atlantika Şurasının Estoniya səmasında döyüş təyyarələri ilə insidentdən sonra keçirilən məsləhətləşmələrin yekunlarına dair açıqlamasında deyilir.

"NATO-nun cavabı qətiyyətli olmağa davam edəcək. Biz qarşısının alınması və müdafiə imkanlarımızı, o cümlədən effektiv hava hücumundan müdafiə vasitələri ilə gücləndirəcəyik” - sənəddə qeyd olunub.

Bəyanatda həmçinin qeyd olunub ki, NATO “özünü müdafiə etmək və bütün istiqamətlərdən gələn təhdidlərin qarşısını almaq üçün bütün zəruri hərbi və qeyri-hərbi alətlərdən” istifadə edəcək.

Xəbər xətti