Qubanın Xanagah və Səbətlər kəndləri ayıların hücumuna məruz qalıb.
Ucnoqta.az xəbər verir ki, gecə saatlarında ayılar təsərrüfatlara hücum ediblər. Ayılar Səbətlər kəndində 2 baş iribuynuzlu mal-qaranı parçalayıblar.
Xanagah kəndində də bir baş iribunuzlu heyvanı parçalayıb, bir neçəsinə xəsarət yetiriblər.