İsti yay Avropada 60 mindən çox insanın ölümünə səbəb olub

00:11 - 23 Sentyabr 2025 - DÜNYA

Avropalı alimlər hesablayıblar ki, 2024-cü ilin isti yayın Avropada 60 mindən çox insanın ölümünə səbəb olub.

Ucnoqta.az xəbər verir ki, tədqiqat sentyabrın 22-də Nature elmi jurnalında dərc olunub.

"Bu tədqiqatda biz 2022-2024-cü illərin yay dövrü ərzində istiliklə bağlı ölüm nisbətlərini kəmiyyətcə müəyyənləşdirdik. Biz 2024-cü ildə istiliklə bağlı 62,700 ölümü hesabladıq", - tədqiqatda deyilir.

Nəşrdə qeyd edildiyi kimi, bu, 50,000-dən bir qədər çox insanın öldüyü 2023-cü ildən çoxdur, lakin təxminən 68,000 insanın həyatını itirdiyi 2022-ci ildən azdır.

Xəbər xətti