Vanqa və "canlı Nostradamus"dan 2025-ci il üçün eyni qorxulu PROQNOZ

09:00 - 21 İyul 2025 - MARAQLI

Məşhur bolqar görücü Nənə Vanqa və "canlı Nostradamus" adlandırılan braziliyalı ekstrasens Athos Salome 2025-ci il üçün eyni qorxulu görücülük ediblər.

Ucnoqta.az xəbər verir ki, bu barədə Daily Mail yazır.

Xatırladaq ki, Vanqa 1996-cı ildə vəfat edərək gələcəklə bağlı bir sıra mühüm proqnozlar verib. Müasir ekstrasenslər, o cümlədən "canlı Nostradamus" onun cari il üçün proqnozlarından biri ilə razılaşır. Görüçü 2025-ci ildə bəşəriyyətin yad varlıqlarla təmasda olacağını və bu hadisənin çox güman ki, “böyük idman hadisəsi” ilə üst-üstə düşəcəyini proqnozlaşdırıb.

Athos Salome də bu il bəşəriyyətin yadplanetlilərlə əlaqə qura biləcəyini proqnozlaşdırıb. Onun fikrincə, texnoloji tərəqqi və kosmik tədqiqatların artması yerdənkənar həyatla çoxdan gözlənilən qarşılaşmaya səbəb olacaq:

"James Webb teleskopu sayəsində bəşəriyyət nəhayət ki, yadplanetli həyatın mövcudluğu sualına cavab ala bilər və hökumətlər, məsələn, ABŞ, UFO-larla bağlı sənədlərin məxfiliyini ləğv edə bilər. Bu baş verərsə, bu kəşflər Kainat və özümüz haqqında anlayışımızı dəyişə bilər".

O, yadplanetlilərlə təmasda olmaqla yanaşı, III Dünya Müharibəsinin 2025-ci ildə başlaya biləcəyini və süni intellekt texnologiyalarının getdikcə daha güclü olacağını proqnozlaşdırır:
"Qabaqcıl sistemlər insan təfəkkürünü təqlid edərək, eyni vaxtda bir neçə sahədə işləyə biləcək. Süni intellekt bir neçə saniyə ərzində binaları layihələndirə, reklam kampaniyaları planlaşdıra və xəstəliklərə diaqnoz qoya biləcək. Amma biz getdikcə daha çox səlahiyyəti maşınlara ötürdükcə belə bir sual yaranır: idarəetməni itirsək nə olacaq?"
 

Xəbər xətti