Ermənistanla Azərbaycan arasında yeni müharibə olmayacaq - Paşinyan

10:42 - 26 May 2025 - DÜNYA

Bütün təxribatlara rəğmən Ermənistanla Azərbaycan arasında yeni müharibə olmayacaq

Ucnoqta.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan "İrəvan dialoqu" beynəlxalq forumunda deyib.
Nikol Paşinyan bildirib ki, Konstitusiya Məhkəməsi Azərbaycanla sülh sazişini təsdiqləməsə, Ermənistanın əsas qanununa dəyişikliklərin təşəbbüskarı şəxsən özü olacaq.

"Biz sazişi Konstitusiya Məhkəməsinə göndərməliyik. Seçim yoxdur. Əgər Konstitusiya Məhkəməsi sazişin Ermənistan qanunlarına uyğun olmadığı barədə qərar çıxarsa, o zaman mənim şəxsi mövqeyim ondan ibarətdir ki, mən konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı təşəbbüs göstərəcəyəm. Çünki hesab edirəm ki, sülhün bağlanması imkanını əldən vermək olmaz", - o, qeyd edib.

Xəbər xətti