Rusiyanın "Domodedovo" hava limanında üçüncü dəfə müvəqqəti məhdudiyyətlər tətbiq edilib
Ucnoqta.az xəbər verir ki, bu barədə Rosaviatsia məlumat yayıb. Bildirilir ki, bu gün Moskvanın "Domodedovo" hava limanının fəaliyyətinə üçüncü dəfə müvəqqəti məhdudiyyətlər tətbiq edilib.
Hava limanı müvəqqəti olaraq reysləri qəbul etmir və göndərmir.
Həmçinin "Vnukovo", "Şeremetyevo" və "Jukovski"də təyyarələrin gəlişi və gedişi ilə bağlı məhdudiyyətlər tətbiq edilib. Hazırda Tambov və Kaluqa hava limanlarında məhdudiyyətlər qüvvədə qalır.