Yunanıstan sahillərində zəlzələ olub

07:54 - 22 May 2025 - DÜNYA

Yunanıstanın Krit adasının sahillərində 6,2 bal gücündə zəlzələ qeydə alınıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata görə, zəlzələnin episentri 140 minə yaxın insanın yaşadığı Heraklion şəhərindən 74 km şimalda yerləşib. Zəlzələnin ocağı 15 km dərinlikdə yerləşib.

Tələfat və dağıntılar barədə məlumat yoxdur. Sunami təhlükəsi elan olunmayıb.

Xəbər xətti