Kadırovun 17 yaşlı oğluna daha bir medal verildi

16:46 - 21 May 2025 - Xəbər

Çeçenistan lideri Ramzan Kadırovun 17 yaşlı oğlu Adam Kadırov növbəti mükafata layiq görülüb.

Ucnoqta.az-ın məlumatına görə, Qroznı teleradio şirkəti xəbər verir ki, o, Rusiya Milli Qvardiyasının inkişafındakı xidmətlərinə görə OMON-un “AXMAT-Qala” medalı ilə təltif edilib. Bu, Kadırovun respublikanın Rosqvardiya Müdirliyinin üçüncü mükafatıdır.
Kadırov "fəal təşəbbüsə, döyüş tapşırıqlarının yerinə yetirilməsinə köməklik göstərdiyinə və Rusiya Milli Qvardiyasının bölmələrinin inkişafına mühüm töhfəyə görə" təltif edilib. Medalı OMON-un “AXMAT-Qala” dəstəsinin komandiri Əbdül-Kərim Kadırov təqdim edib.
Qeyd edək ki, Çeçenistan rəhbərinin oğlu mart ayında Rusiya Milli Qvardiyasının “Hərbi fərqlənməyə görə” medalı, 9 gün əvvəl isə AXMAT-Qroznı OMON-un 25 illiyi şərəfinə yubiley medalı alıb.

2023-cü ildə Kadırov Çeçenistan Qəhrəmanı adına layiq görülüb və Tatarıstan rəhbəri Rüstəm Minnixanov ona “millətlərarası və konfessiyalararası sülh və harmoniyanın möhkəmləndirilməsində mühüm xidmətlərinə görə” “Duslık” ordeni təqdim edib.

Keçən il o, Çeçenistan Respublikasının (ÇR) ali mükafatı – Kadırov ordeni ilə təltif edilib. Kiçik Kadırovun mükafatları arasında Qaraçay-Çərkəz üçün xidmətə görə ordeni və 1-ci dərəcəli İslam dininə xidmət ordeni də var.

Kadırov Çeçenistan rəhbərinin təhlükəsizlik şöbəsinin müdiri və respublikanın təhlükəsizlik şurasının katibidir. O, həm də Qudermesdəki Vladimir Putin adına Rusiya Xüsusi Təyinatlı Qüvvələri Universitetinin (RUS) kuratorudur.

Xəbər xətti