İsrail qırıcıları Qəzzada 115 hərbi hədəfə zərbə endirib

14:41 - 21 May 2025 - DÜNYA

İsrail Hərbi Hava Qüvvələri bir gündə Qəzza zolağında 115 radikal hərbi obyektə zərbələr endirib.

Ucnoqta.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, hədəflər buraxılış meydançaları, hərbi qurğular, tunellər, terrorçu birləşmələr olub.
Mətbuat xidməti əlavə edib ki, eyni zamanda, İsrail Hərbi Dəniz Qüvvələri quru qoşunları ilə əməkdaşlıq edərək, Qəzzanın şimalında terrorçuların hədəflərinə zərbələr endirib.

Xəbər xətti