ABŞ administrasiyası Tehranın uranın zənginləşdirilməsindən imtina edəcəyi təqdirdə 123 sazişi çərçivəsində nüvə enerjisindən dinc məqsədlərlə istifadə sahəsində İranla əməkdaşlığa hazırdır.
Ucnoqta.az xəbər verir ki, bunu ABŞ dövlət katibi, ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Marko Rubio deyib.
Senatın Təhsisatlar Komitəsində keçirilən dinləmədə ondan İranla 123 Sazişin bağlanmasının Amerikanın maraqlarına uyğun olub-olmaması soruşulub.
"Düşünürəm ki, bu, onların nüvə silahı əldə etməsinə mane olarsa, bu, bizim milli maraqlarımıza uyğun olardı", - Dövlət Departamentinin rəhbəri deyib.
Ondan ABŞ-ın uranın zənginləşdirilməsi obyektlərini dayandıracağı təqdirdə İranla dinc nüvə enerjisi üzrə əməkdaşlığa razı olub-olmayacağına aydınlıq gətirməsi istənilib. “Bəli və ya ona ekvivalent bir şey, əgər istəsələr, mülki nüvə proqramına sahib olmağa imkan verəcək, lakin zənginləşdirmək qabiliyyətinə malik deyil”, - Rubio yekunlaşdırıb.