Ciddi nöqsanlar aşkarlanan gimnaziya direktoru İŞDƏN ÇIXARILDI

10:56 - 20 May 2025 - Xəbər

Şəki şəhər İnteqrasiya təlimli internat tipli gimnaziyanın direktorunun əmək müqaviləsinə xitam verilib

Ucnoqta.az xəbər verir ki, Şəki-Zaqatala Regional Təhsil İdarəsi tərəfindən aparılmış yoxlama zamanı Şəki şəhər İnteqrasiya təlimli internat tipli gimnaziyanın fəaliyyətində ciddi nöqsanlar aşkar edilib.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin 19 may 2025-ci il tarixli müvafiq əmrinə əsasən, müəssisənin direktoru Babayeva Taliə Akif qızının əmək müqaviləsinə xitam verilib.

Qeyd edək ki, Şəki-Zaqatala Regional Təhsil İdarəsi tərəfindən tabeliyində olan təhsil müəssisələrində yoxlama və nəzarət tədbirləri davam etdiriləcək, aşkar ediləcək nöqsanlara görə isə aidiyyəti şəxslər barəsində müvafiq intizam tədbirləri görüləcəkdir.

Xəbər xətti