"Ramiz Mehdiyev məni institutdan çıxarmaq istəyirdi"

14:30 - 20 May 2025 - Xəbər

Ramiz Mehdiyev AMEA-ya gələndə getdim və təbrik etdim. Uzun müddət bir yerdə çalışmışıq. Dedim ki, sizə kömək etməyə hazıram.

Ucnoqta.az xəbər verir ki, bunu sabiq təhsil naziri, Riyaziyyat və Mexanika İnstitutunun direktoru Misir Mərdanov “azpolitika”ya müsahibəsində deyib.

Sabiq nazir Ramiz Mehdiyevin sonradan onu işdən çıxarmağa çalışdığını bildirib.

"Sonra nədənsə, kim nə etdisə, bir gün xəbər tutdum ki, bizim institutun adını dəyişmək istəyir. Məqsədi də o idi ki, məni buradan çıxarsın. Ondan sonra münasibətlərimiz pozuldu. Məni qəbul etmədi. Telefonda çox ciddi söhbətimiz oldu. Sonra da elə oldu ki, o çıxdı getdi, mən isə burada qalıb işlədim. Mən də telekanallara çıxıb bəzi məqamları demək məcburiyyətində qaldım", - o qeyd edib.

Xəbər xətti