“Komedixana”nın aktrisası Zarina Qurbanova zəhərlənib.
Ucnoqta.az xəbər verir ki, bu barədə aktrisa özü məlumat paylaşıb. Xarici ölkələrin birində səyahətdə olan Zarina qidadan zəhərlənib. Bildirdiyinə görə, oteldə temperaturu qalxan aktrisanın vəziyyəti pisləşib.
Oteldə olan azərbaycanlıların köməyi ilə aktrisanın vəziyyəti stabilləşib.
Zarina Qurbanova səyahətə görə sığorta edən "Atəşgah" sığorta şirkətini isə tənqid edib.