15 yaşlı qız 30 yaşlı kişini ürəyindən bıçaqladı

08:24 - 22 May 2025 - HADİSƏ

RF Primorye vilayətində 9-cu sinif şagirdi atasına qarşı zorakılıq edən şəxsi ürəyindən bıçaqla vuraraq öldürüb.

Ucnoqta.az SHOT-a istinadla xəbər verir ki, hadisə Partizanski rayonunda baş verib. 56 yaşlı Gennadi 30 yaşlı dostu Gennadini evinə dəvət edib. Söhbət edən şəxslər arasında dava düşüb. Qonaq əlləri ilə onun boynundan tutaraq dostuna hücum edib. Gennadinin 15 yaşlı qızı qonşu otaqdan qorxulu səslər eşidib otağa daxil olub. O, atasının çarəsiz vəziyyətdə, üzünün göyərdiyini görüb, bıçağı götürərək təcavüzkarın ürəyinə batırıb. Təcili yardım gələnə qədər o, yerindəcə keçinib.

Məlum olub ki, qətlə yetirilən şəxs əvvəllər də oğurluğa görə üç dəfə məhkum olunub. 

Xəbər xətti