Azərbaycanda yağ idxal qiymətindən 2 dəfədən çox baha satılır - Ekspert

13:44 - 22 May 2025 - Cəmiyyət

Bu ilik yanvar-aprel aylarında ölkəyə 9 323 ton 500 kq kərə yağı idxal edilib.

Ucnoqta.az xəbər verir ki, bu barədə iqtisadçı Natiq Cəfərli bildirib. Mütəxəssis qeyd edir ki, bunun üçün 65 mln. 474 min dollar ödənilib ki, bir kq kərə yağının ölkəyə idxal qiyməti 11 manat 93 qəpik olub:

"Bu ilin ilk 4 ayında ölkə üzrə kəra yağının orta (bir daha - orta) satış qiyməti 23 manat 59 qəpik olub. Yəni, yağ idxal qiymətindən 2 dəfədən də çox baha satılır. Kişinyovdayam, bir az öncə marketlərdə yağ qiymətlərinə baxdım - bizim pulla 1 kq kərə yağı 12-13 manat arası satılır. Niyə bu qədər qiymət fərqi var - çox sadə, Moldova ÜTT-nin üzvüdür, bu sahədə inhisarçılıq yoxdur, yerli istehsalları da az deyil".

Natiq Cəfərli bildirir ki, ölkədə bir çox sahələrdə anormal qiymətlərin olması, məhz yerli istehsalın azlığı, inhisarçılıq və yüksək vergi-gömrük rüsumlarına görədir.

Xəbər xətti