İranın şimal-şərqindəki Məşhəd şəhərində motosiklet zavodunda güclü yanğın baş verib.
Ucnoqta.az xəbər verir ki, şahidlər həmçinin Qum şəhərinin sənaye zonasında yanğının baş verdiyini bildirirlər. Yanğınlardan əvvəl partlayışlar olub.
Yerli media bunun təxribat olduğunu yazır.
Xatırladaq ki, ötən həftə İranda silsilə partlayışlar baş verib - Bəndər Abbas limanında 65 nəfər ölüb, mindən çox insan yaralanıb.