"Telegram" messenceri 12 illik tarixində bir bayt da olsun şəxsi yazışmaları açıqlamayıb.
Ucnoqta.az xəbər verir ki, bunu "Telegram"ın həmtəsisçisi Pavel Durov deyib.
"12 illik tarixində Telegram heç vaxt bir bayt şəxsi mesaj açıqlamayıb", - Durov yazıb.
O xatırladıb ki, messencer yalnız məhkəmə qərarı olduqda şübhəli cinayətkarların İP ünvanlarını və telefon nömrələrini açıqlayır.
Bu, Avropa Rəqəmsal Xidmətlər Aktına uyğun olaraq həyata keçirilir.