Abşeronda beton zavodunda bədbəxt hadisə baş verib.
Ucnoqta.az xəbər verir ki, hadisə Ceyranbatan qəsəbəsində yerləşən beton zavodunda qeydə alınıb. İş zamanı qəza baş verib. 1979-cu il təvəllüdlü fəhlə, Səməddin Rüstəmov iş zamanı yuxarıdan qopan beton kütləsinin üzərinə düşməsi nəticəsində ölüb.
Faktla bağlı araşdırma aparılır. İlkin ehtimallara görə, hadisəyə texniki təhlükəsizlik qaydalarına əməl edilməməsi səbəb olub.