"Protiv" gedən “Range Rover” sürücüsü saxlanıldı

13:51 - 29 Mart 2025 - Xəbər

Bir neçə gün öncə yenidən açılan Saray körpüsündə əks hərəkət istiqamətinə çıxaraq yol hərəkəti qaydalarını kobudcasına pozan sürücü məsuliyyətə cəlb edilib.

Ucnoqta.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidmətindən bildirilib.

Belə ki, Sumqayıt şəhərini Saray qəsəbəsi ilə birləşdirən körpüdə əks yola çıxaraq yüksək sürətlə hərəkət edən 10-ZY-100 dövlət qeydiyyat nişanlı “Range Rover” markalı avtomobil saxlanılıb.

Sürücü Z.İbrahimov polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb. Avtomobili isə duracağa yerləşdirilib.

Araşdırma aparılır.

Xəbər xətti