Ələt-Astara magistral yolunun Masallı rayonundan keçən hissəsində yük avtomobili aşıb.
Ucnoqta.az xəbər verir ki, Dağıstan Respublikasına aid olan "TIR" Astara istiqamətindən Bakı istiqamətində hərəkətdə olarkən Masallı ərazisində aşıb. Həmin istiqamətdə yolun hərəkət hissəsində nəqliyyatın hərəkətində çətinliklər yaranıb. Əraziyə aidiyyəti qurumların nümayəndələri cəlb olunub. Yük avtomobilinin yoldan götürülməsi istiqamətində işlər aparılır.
Qeyd edək ki, yük avtomobili İrandan Rusiya Federasiyasına tərəvəz məhsulları aparırmış.
Faktla bağlı araşdırma aparılır.