Myanmada zəlzələ nəticəsində ölənlərin sayı 1002 nəfərə çatıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası (CCTV) məlumat yayıb.
Daha 2376 nəfərin yaralandığı qeyd edilir.
08:55
Myanmada baş verən zəlzələ nəticəsində ölənlərin sayı artır.
Ucnoqta.az xəbər verir ki, bu barədə Myanmar Now məlumat yayıb. Qeyd olunur ki, yeraltı təkanlar nəticəsində 800-dən çox adam ölüb.
Xatırladaq ki, ötən gün Myanmada 7,7 və 6,4 bal gücündə ardıcıl iki zəlzələ baş verib.