"ABŞ həftələr ərzində Ukrayna ilə bağlı real irəliləyiş gözləyir, Moskva-Vaşinqton fikir ayrılıqları daralır"
Ucnoqta.az xəbər verir ki, ABŞ Prezidenti Donald Trampın xüsusi elçisi Stiven Uitkoff deyib. Uitkoff bildirir ki, gələn həftə Putin-Tramp telefon danışığı gözlənilir.
O, Putinlə Moskvada görüşünün 3-4 saat davam etdiyini və müsbət olduğunu bildirib.
"Putin Trampın fəlsəfəsini qəbul etdiyini bildirdi, hər ikisi Ukraynada hərbi əməliyyatlara son qoymağın tərəfdarıdır" - xüsusi elçi qeyd edib.