Zelenski danışıqlar aparacaq nümayəndə heyətinin tərkibini təsdiqləyib

18:06 - 15 Mart 2025 - DÜNYA

Prezident Volodimir Zelenski Ukraynadakı münaqişənin həlli ilə bağlı gələcək danışıqlar üçün nümayəndə heyətinin tərkibini təsdiqləyib.

Ucnoqta.az xəbər verir ki, müvafiq sərəncam prezident saytında dərc olunub.

Nümayəndə heyətinə Zelenskinin ofisinin rəhbəri Andrey Yermak başçılıq edəcək və tərkibində xarici işlər naziri Andriy Sibiqa, müdafiə naziri Rustem Umerov və Zelenskinin ofisinin rəhbərinin müavini Pavlo Palisa da olacaq.
Yermak həmçinin Sibiqa ilə razılaşaraq nümayəndə heyətinin tərkibində dəyişikliklər etmək və digər qurumların əməkdaşlarını və ekspertləri cəlb etmək səlahiyyətinə malikdir.

Xəbər xətti