Estoniya hakimiyyəti idman naziri və Rusiya Olimpiya Komitəsinin rəhbəri Mixail Deqtyarev, iş adamı Vyaçeslav Kantor və Əlişir Usmanovun bacısı Gülbahor İsmayılovaya qarşı sanksiya tətbiq edib.
Ucnoqta.az xəbər verir ki, bunu Estoniya Xarici İşlər Nazirliyinin rəhbəri Marqus Tsahkna deyib.
O bildirib ki, Macarıstana görə Aİ-nin sanksiya siyahısından çıxarılan Kantor, Deqtyarev və İsmayılovaya qarşı daxili maliyyə sanksiyaları tətbiq etmək qərarına gəldim.