Samuxda yeniyetmə qız dəm qazından zəhərlənib

18:05 - 15 Mart 2025 - HADİSƏ

Samuxda zəhərlənmə faktı qeydə alınıb.

Ucnoqta.az Apa-ya istinadən xəbər verir ki, hadisə rayon ərazisində baş verib.

Belə ki, rayon sakini 2008-ci il təvəllüdlü G.Məmmədova zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.


Dərhal yeniyetməyə yardım edilib. Hazırda onun vəziyyətinin normal olduğu bildirilir.

Məlumata görə G.Məmmədova yaşadığı evin vanna otağında zəhərlənib.

Xəbər xətti