İsrail hərbi gəmiləri və tankları Qəzzanın cənubunu atəşə tutur

05:30 - 15 Mart 2025 - DÜNYA

İsrail hərbi gəmiləri və tankları Qəzzanın cənubundakı Rəfah şəhərini atəşə tutub.

Ucnoqta.az xəbər verir ki, bu barədə Qətərin “Əl-Cəzirə” telekanalı məlumat yayıb.

Qəzza zolağının cənub sahillərində yerləşmiş İsrail hərbi gəmiləri Rəfahın sahilyanı hissəsi istiqamətində atəş açıb.
Telekanal qeyd edir ki, eyni zamanda İsrail tanklarının Rəfahı atəşə tutması barədə məlumatlar var.

Xəbər xətti