34 yaşlı qadın liposaksiyadan sonra öldü

20:50 - 15 Mart 2025 - Xəbər

Sumqayıtda 34 yaşlı qadın liposaksiyadan sonra ölüb.

Ucnoqta.az “Report”a istinadən məlumat verir ki, hadisə şəhərin 18-ci məhəlləsində yerləşən 2 saylı yataqxanada qeydə alınıb.

1991-ci il təvəllüdlü Pərvanə Afiyəddin qızı Mirzəyevanın meyiti yaşadığı evdə aşkarlanıb.

Onun fevralın 27-də Bakı şəhərində yerləşən “Etalon hospital”da liposaksiya əməliyyatı etdirdiyi bildirilir.

Xəbər xətti