Husilər ABŞ-ın təyyarədaşıyan gəmisinə zərbə endiriblər

21:50 - 16 Mart 2025 - DÜNYA

Yəmənin “Ənsar Allah” üsyançı hərəkatının husiləri ABŞ-ın Yəmənə endirdiyi zərbələrə cavab olaraq Qırmızı dənizin şimalında ABŞ-ın “USS Harry Truman” təyyarədaşıyan gəmisinə hücum edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə husilərin yaratdığı silahlı qüvvələrin nümayəndəsi Yəhya Sariya bildirib.

Hücum zamanı Amerikanın "USS Harry Truman" aviadaşıyıcısı və onu müşayiət edən gəmilər 18 ballistik və qanadlı raketlər, həmçinin pilotsuz uçan aparatdan istifadə etməklə Qırmızı dənizin şimal hissəsində hücuma məruz qalıb.

Sariya bildirib ki, ABŞ martın 16-na keçən gecə Yəmənin əyalətlərinə 47 zərbə endirib.

Xəbər xətti