Husilər ABŞ-la danışıqlara hazır olduqlarını bildiriblər

11:18 - 16 Mart 2025 - DÜNYA

Yəmənin Ənsar Allah hərəkatından olan husilər, Vaşinqtonun niyyətlərini ifadə edərsə, sülhə nail olmaq üçün ABŞ administrasiyası ilə danışıqlara başlamağa hazırdırlar.

Ucnoqta.az xəbər verir ki, bu barədə Qətərin “Al Araby” telekanalına adı açıqlanmayan üsyançıların nümayəndəsi bildirib.

“Danışıqlar üçün kanallar açıla bilər, biz həmişə dialoqu davam etdirmişik” deyən o, nizamlanmaya nail olmaq üçün “ciddi cəhd” ediləcəyi təqdirdə üsyançıların sülhə hazır olduğunu bildirib.

Ənsar Allah nümayəndəsi vurğulayıb ki, “təcavüz Vaşinqtonun öz məqsədlərinə çatmasına imkan verməyəcək”.
"ABŞ-ın hərəkətlərinə cavabımız sərt və çəkindirici olacaq" - deyib.

Xəbər xətti