Respublikaçılar Nümayəndələr Palatasına nəzarəti saxlayacaqlar - ABC

00:22 - 14 Noyabr 2024 - DÜNYA

Ümumi seçkilərin nəticələrindən sonra Respublikaçılar Partiyasının nümayəndələri ABŞ Konqresinin Nümayəndələr Palatasında tələb olunan 218 yeri əldə edə və orada öz nəzarətlərini saxlaya biləcəklər.

Ucnoqta.az xəbər verir ki, bu proqnozu ABC televiziya şirkəti təqdim edir.

Respublikaçılar Konqres Senatında da çoxluq əldə edəcəklər ki, bu da Donald Trampın prezident seçkilərindəki qələbəsi ilə birlikdə partiyanın nümayəndələrinə ölkədə həm icra, həm də qanunverici hakimiyyət orqanlarına nəzarəti təmin edəcək.

ABC-nin proqnozuna görə, Nümayəndələr Palatasında respublikaçılar artıq 218, demokratlar isə 208 yerə sahibdirlər. Doqquz seçki dairəsində qaliblər hələ müəyyən edilməyib. Oxşar proqnozu NBC televiziyası da verir.

Xəbər xətti