Artıq "Azərbaycan dəmir Yolları" QSC-nin (ADY) Bakı-Ağstafa-Bakı və Bakı-Qəbələ-Bakı marşrutları ilə hərəkət edən bütün “Stadler” qatarlarında pulsuz “Wi-Fi” xidməti aktivdir.
ADY-dən verilən məlumata görə, internet bağlantısı sərnişinlər üçün kommunikasiya əlçatanlığını, yazışmanı, onlayn axtarışı və digər xidmətləri təmin edir.
"Sərnişindaşıma xidmətinin keyfiyyətini innovativ həllərlə yüksəldən ADY həmçinin stansiya və vağzallarda mövcud olan “Wi-Fi” zonalarında internet bağlantısının keyfiyyətini yaxşılaşdırıb", - məlumatda qeyd olunur.