Bakıda tanınmış yazıçının evi yanıb kül oldu - FOTO

14:10 - 13 Noyabr 2024 - HADİSƏ

"Mücrü" nəşriyyatının rəhbəri, yazıçı Müşfiq Xanın evi yanıb.

Ucnoqta.az xəbər verir ki, hadisə niyabrın 4-də Abşeron rayonunun Qobu qəsəbəsində baş verib.

Yanğında xəsarət alan olmasa da, ev sahibinə külli miqdarda ziyan dəyib. 

Məlumata görə, "Mücrü" nəşriyyatının anbarı da evdə yerləşdiyindən yanğın nəticəsində anbarda olan bütün kitablar digər əşyalarla birgə məhv olub. 

Yazıçıya yanğın nəticəsində külli miqdarda ziyan dəydiyi qeyd olunur. 


Xəbər xətti