İsrail təyyarələri bir gündə Livan və Qəzza zolağında 100-dən çox fərqli hədəfə hücum edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, zərbələr hərbi obyektlərə, o cümlədən silah anbarlarına, İsrailə yönəlmiş raket qurğularına, komanda məntəqələrinə və digər infrastruktur obyektlərinə endirilib.