Tayvanın şərq sahillərində 5,4 bal gücündə yeraltı təkanlar qeydə alınıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə adanın Mərkəzi Meteorologiya İdarəsi məlumat yayıb.
Zəlzələ yerli vaxtla saat 10:38-də baş verib. Zəlzələnin ocağı 30,5 km dərinlikdə yerləşib.
Tələfat və dağıntılar barədə məlumat verilməyib.