Velosiped sürərkən polis yolları bağlamır - Paşinyan

13:01 - 14 Noyabr 2024 - DÜNYA

Son aylarda tez-tez velosiped sürən Ermənistanın baş naziri Nikol Paşinyan veloyürüşləri zamanı Ermənistanda yolların və İrəvanda küçələrin bağlanmadığını iddia edir.

Ucnoqta.az xəbər verir ki, Paşinyan parlamentdə çıxışı zamanı bildirib.

“Həmin gün Sevandan İrəvana velosipedlə gedirdim, mənim yanımdan minlərlə maşın keçdi, yəni mən və iki cangüdənim. Amma 60 nəfər velosiped sürürsə, baş nazir olmasa belə, onlar bağlanmalıdır, bu təhlükəsizlik standartıdır”, - deyə o, qeyd edib.

Paşinyan müxalifətin ölkənin təhlükəsizlik təhdidləri ilə üzləşdiyi zaman velosiped sürməklə məşğul olması ilə bağlı tənqidlərinə də cavab verib.
"Səhər velosiped sürəndə və pəncərənizin altından keçəndə siz möhkəm yatırsız" - deyə cavab verib.

Xəbər xətti