Bali adasındakı Nqurah Rai hava limanı Levotobi vulkanının püskürməsi səbəbindən uçuşlar ləğv edildikdən sonra normal fəaliyyətini bərpa edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə “Jakarta Globe” qəzeti meteorologiya, klimatologiya və geofizika agentliyinə istinadən məlumat yayıb.
Agentlik adanın üzərindəki hava məkanını yoxladıqdan sonra hava limanı uçuşların qəbulunu və yola salınmasını bərpa edib.