Lənkəranda ətraf mühitin çirkləndirilməsinə görə 44 nəfər cərimələnib

10:05 - 11 Noyabr 2024 - ÖLKƏ İÇİ

Lənkəranda ətraf mühitin çirkləndirilməsinə görə son bir ayda 44 nəfər cərimələnib.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Ucnoqta.az-a verilən məlumata görə, keçirilən tədbir zamanı rayonun müxtəlif ərazilərində məişət tullantılarının urnalardan kənara atılmasına, antisanitar vəziyyət yaradılmasına görə aidiyyəti şəxslərlə profilaktiki söhbətlər aparılıb və barələrində qanunamüvafiq tədbirlər görülüb.

Son 1 ay ərzində rayon ərazisində sanitar qayda pozuntusuna yol verən 44 şəxs barəsində inzibati tənbeh tədbirinin görülməsi təmin edilib.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

Xəbər xətti