Heydər Əliyev adına Neft Emalı Zavodunda yanğın başlayıb (Yenilənib)

12:06 - 22 Oktyabr 2024 - HADİSƏ

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə paytaxtın Nizami rayonu ərazisində yerləşən Neft Emalı Zavodunda yanğın baş verməsi barədə məlumat daxil olub.

Bu barədə Ucnoqta.az-a FHN-dən məlumat verilib.

"Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal əraziyə cəlb olunub", - nazirlikdən bildirilib.

11:52

Heydər Əliyev adına Neft Emalı Zavodunda yanğın başlayıb.

"Report" xəbər verir ki, əraziyə yanğınsöndürənlər cəlb olunub.

Xəbər xətti