Bakının məşhur restoranında saxta içki AŞKARLANIB

13:17 - 7 Oktyabr 2024 - Xəbər

Paytaxtda fəaliyyət göstərən "The Crown" restoranında saxta spirtli içkilər aşkarlanıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.

"Absolut Vodka" əmtəə nişanlı iki ədəd 0.5 litrlik və iki ədəd 0.7 litrlik, habelə idxal sağlamlıq aktı olmayan "Jack Daniels" əmtəə nişanlı bir ədəd 3.0 litrlik spirtli içki məhsulları müsadirə olunub. vakansiyalar

Normativ tələblərə uyğun olmayan saxta məhsulların satışına görə obyektin rəhbərliyi barəsində inzibati protokol tərtib olunub.

Xəbər xətti