İsrail ordusu Qəzza zolağına zərbələr endirib

00:29 - 7 Oktyabr 2024 - DÜNYA

İsrail Hərbi Hava Qüvvələri ölkənin cənubundakı Aşkelon şəhəri istiqamətində gün ərzində həyata keçirilən raket hücumuna cavab olaraq Qəzza zolağına zərbə endirib.

Ucnoqta.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, təyyarə Aşkelon istiqamətində raketlərin buraxıldığı yerə zərbə endirib.

Bundan bir qədər əvvəl İsrailin Qəzza zolağı ilə sərhədinə yaxın bir neçə bölgədə, o cümlədən Aşkelonun cənub kənarında hava hücumu siqnalları səslənib.

Ümumilikdə 3 mərmi buraxılıb, onlardan biri ələ keçirilib, qalanları açıq ərazilərə düşüb. Hücuma görə məsuliyyəti radikal Fələstin İslami Cihad hərəkatı üzərinə götürüb.

Xəbər xətti