Tayvana yaxınlaşan 27 təyyarə aşkarlanıb

08:51 - 7 Oktyabr 2024 - DÜNYA

Tayvan silahlı qüvvələri bir gündə Çin  Xalq Azadlıq Ordusunun 27 təyyarəsi və altı gəmisinin adaya yaxınlaşdığını qeydə alıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə adanın müdafiə idarəsi məlumat yayıb.

Bildirilir ki, 19 təyyarə Tayvan boğazının orta xəttini keçərək adanın şimal, mərkəzi və cənub-qərb hissəsində hava hücumundan müdafiə identifikasiyası zonasına daxil olub.

Tayvan ordusu hədəfləri izləmək üçün təyyarələr, gəmilər və yerüstü zenit-raket sistemlərindən istifadə etməklə cavab verib. 

Xəbər xətti