Karib dənizindəki adalarda nəsli kəsilmiş meymunların sümükləri tapılıb

06:01 - 7 Oktyabr 2024 - MARAQLI

ABŞ və Dominikan Respublikası alimləri nəsli kəsilmiş Karib meymununun yaxşı qorunmuş sümüklərini aşkar ediblər.

Ucnoqta.az “Journal of Human Evolution” elmi nəşrinə (JHE) istinadən xəbər verir ki, kəşf Karib dənizində sualtı mağaraların tədqiqi zamanı edilib.
Dalğıclar hələ bilinməyən səbəblərdən təxminən 10 min il əvvəl yoxa çıxan Hispaniola meymunu (Antillothrix bernensis) adlı növə aid qalıqlar tapıblar.
Son vaxtlara qədər bu heyvanlar yalnız bir neçə sümük parçasından tanınırdı.

Dalğıclar sualtı mağaraları araşdırarkən dörd yeni kəllə və üç çənə sümüyünü aşkar ediblər.
JHE elmi nəşri yazır ki, alimlər tapıntıların köməyi ilə heyvanların ölçülərini, qidalanma və sosial həyatını təsvir etmək və bununla da primatların təkamülü haqqında bilik boşluğunu doldurmaq mümkün olacağını bildiriblər.

Qalıqların təhlili zamanı mütəxəssislər erkək və dişi Hispaniola meymunlarının təxminən eyni ölçüdə olduğunu, çəkilərinin isə 3,4 kq-a çatdığını müəyyən ediblər. Heyvanların əsas qidası meyvələr idi.
Meymunların mağaralara necə düşdüyü bəlli deyil. Alimlər hesab edirlər ki, onları Karib dənizindəki adalarda yaşayan nəhəng bayquşlar tutub oraya gətirə bilərdilər.

Xəbər xətti